Misirdə iki sərnişin qatarı toqquşdu - AZI 20 NƏFƏR XƏSARƏT ALIB

Misirin mərkəzi El-Minya əyalətində iki sərnişin qatarı toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, nazirliyə hadisə nəticəsində həlak olanlar barədə hələ ki, məlumat daxil olmayıb.

 

Hadisə yerinə 23 təcili yardım avtomobili cəlb edilib. Bundan başqa Misirin səhiyyə naziri Xalid Abdel Qaffar öz müavinini qəza baş verən əraziyə göndərib.

 

Öz növbəsində “Al-Youm as-Sabia” portalı bildirib ki, oktyabrın 13-də səhər saatlarında Qahirəyə gedən sərnişin qatarı digər qatarın lokomotivi ilə toqquşub. Nəticədə iki vaqon relslərin yanından keçən su kanalına düşüb. Hadisə yerində xilasedicilər işləyir, hadisənin səbəbləri aydınlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.