Nigeriyanın şimalında yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
**16:57
Nigeriyanın cənubundakı Jiqava əyalətində baş verən dəhşətli yanacaq tankeri partlayışı ən azı 94 nəfərin həyatına son qoyub və 50 nəfəri yaralayıb.
Bu barədə "CNN International" xəbər verib.
Məlumata görə, tanker qəzaya uğrayaraq aşıb və yanacaq ətrafa sızmağa başlayıb. Yaxınlıqdakı kənd sakinləri pulsuz yanacaq əldə etmək məqsədilə dərhal hadisə yerinə toplaşıblar. Lakin bu zaman gözlənilmədən güclü partlayış baş verib və insanlar alov içində qalıblar.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ölənlərin sayının artacağı ehtimal olunur.