HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb.
Xatırladaq ki, bu barədə Dubaydan yayımlanan “Skay Nyus Arabia” adı açıqlanmayan mənbəyə istinadən məlumat paylaşıb.
“Clash Reрort” isə özəl mənbələrə istinadla dünən baş verən insidentdə HƏMAS lideri Yəhya Sinvarın Mahmud Həmdan və İzzədin əl-Qəssam Briqadasının 3-cü komandiri ilə birlikdə öldürüldüyünü yazıb.
Onların cəsədləri hədəfə alınan binanın dağıntıları altından çıxarılıb.
Mənbələrin bildirdiyinə görə, HƏMAS-ın rəhbərliyinə dünən axşam saatlarında Sinvar, Həmdan və digər komandirin ölümləri barədə məlumat verilib.
**
Nəhayət, İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti də HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünü təsdiqləyib.
Qeyd edək ki, bundan öncə Y.Sinvarın öldüyünü əks etdirən fotolar yayılmışdı.
Yəhya Sinvar kim idi və onun məhvi niyə bu qədər rezonans doğurub?
Ətraflı videomaterialda:
**17:56
İsrail ordusu Qəzza zolağında keçirilən əməliyyat nəticəsində aralarında HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvarın da olduğu üç rəhbər şəxsin öldürülməsi ilə bağlı ilkin məlumat yayıb.
"İsrail Müdafiə Ordusu (SAXAL) və İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) lazımi ehtiyat tədbirlərini nəzərə alaraq, əməliyyatları davam etdirirlər. Bu məsələ ilə bağlı rəsmi açıqlamanın axşam saatlarında dərc olunması planlaşdırılır", - məlumatda qeyd olunub.
Senzor.az bildirir ki, Dubaydan yayımlanan “Skay Nyus Arabia” telekanalına danışan mənbə bir az əvvəl Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldüyünü təsdiqləyib.
Telekanalın həmsöhbətinin sözlərinə görə, Sinvar Qəzza zolağının cənubundakı Rafah şəhərində İsrail hərbçiləri ilə qarşıdurma zamanı öldürülüb.