Gürcüstanda müxalifət mitinqə hazırlaşır...
DTX PLANLAŞDIRILAN TƏXRİBATLARLA BAĞLI XƏBƏRDARLIQ ETDİ

Gürcüstanda müxalifət oktyabrın 20-də yeni mitinq keçirməyə hazırlaşır. Bu barədə “Tbilisi Life” məlumat yayıb. 

 

Bildirilib ki, paytaxtda "Gürcüstan Avropa İttifaqını seçir!" adlı yürüş mitinqi olacaq. Mitinq "Mənim səsim Avropa İttifaqına" hərəkatı tərəfindən təşkil edilir. Vətəndaşların paytaxtın beş müxtəlif nöqtəsindən başlayaraq hərəkət etməsi və Azadlıq Meydanında toplanması nəzərdə tutulur. Yürüş 17:00-da başlayacaq.

 

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) parlament seçkiləri ərəfəsində planlaşdırılan təxribatlar barədə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda bildirilib ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səsləri və videogörüntülərindən istifadə edərək, saxta video və audioyazılarını yaymağı planlaşdırır. Məqsəd aydındır, hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, hökumət ilə pravoslav kilsəsi arasında düşmənçilik törətmək və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirmək. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək.

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin təxribatlarla bağlı bəyanatından çıxış edərək bildirib ki, heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz: “Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr- “radikal müxalifət” və onların xarici himayədarları həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.