Bayden, Solts, Makron və Starmer Zelenskinin "qələbə planını" dəstəklədilər

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya liderləri - Kansler Olaf Şolts, prezidentlər Co Bayden, Emmanuel Makron və Baş nazir Kir Starmer Berlində Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin həlli planını dəstəkləyərək Kiyevə əlavə yardımın göstərilməsi imkanlarını müzakirə ediblər.

 

TASS xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

"Dörd ölkənin liderləri Ukraynaya əlavə təhlükəsizlik, iqtisadi dəstək və humanitar yardım göstərilməsi planlarını müzakirə ediblər", - deyə məlumatda bildirilib.

 

Öz növbəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransı zamanı qeyd edib ki, Britaniyanın iyulda Kiyevə tədarük edəcəyinə söz verdiyi hərbi texnikanın 95%-i artıq təyinatı üzrə göndərilib.

 

Onun sözlərinə görə, Berlində danışıqlar zamanı müttəfiqlərin Ukraynaya başqa hansı imkanlar, avadanlıq və resurslar verə biləcəyi müzakirə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.