FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.
Senzor.az bildirir ki, məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.
O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.
83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib.
Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.
Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə, xəstəliyi ilə əlaqədar ABŞ-ın Pensilvaniya ştatında yaşayırdı.
