Ordu generalı Luonq Kuonq Vyetnamın yeni Prezidenti oldu

Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, partiya Katibliyinin daimi üzvü Luonq Kuonq ölkənin yeni prezidenti seçilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Vyetnam Milli Assambleyasında keçirilən səsvermədə iştirak edən 440 deputatın hamısı VKP-nin namizədinin lehinə səs verib. 

 

İstefada olan ordu generalı, 67 yaşlı Luonq Kuonq 2026-cı ilədək prezident vəzifəsini icra edəcək. O, dövlət başçısı vəzifəsində VKP-nin Baş katibi To Lamı əvəzləyəcək. Parlamentdə səsvermənin nəticəsi elan olunduqdan sonra Prezident Luonq Kuonq and içib.

 

Qeyd edək ki, 1975-ci ildə Vyetnamın azadlığı üçün könüllü şəkildə orduya qoşulan Luonq Kuonq müxtəlif vəzifələrdə xidmət edib, 2011-ci ildə ordunun siyasi departamentinin direktor müavini, 2016-cı ildə isə direktoru təyin olunub. Cari ilin mayında Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Katibliyinin daimi üzvü seçilib. O, dövlət başçısı vəzifəsi ilə yanaşı, Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Katibliyinin daimi üzvü vəzifələrini də icra edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.