İsrail: "Hizbullah"ın yeni lideri Haşem Safiuddin öldürülüb
LİVAN DA TƏSDİQLƏDİ

"Hizbullah" hərəkatının yeni lideri Haşem Safiuddin İsrail hərbçiləri tərəfindən öldürülüb.

 

Senzor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Qeyd edilib ki, hərəkatın sentyabrın 27-də öldürülən sabiq lideri Həsən Nəsrullahın varisi zərərsizləşdirilib.

 

"Al Hadath" telekanalı isə Livanın Mülki Müdafiə Xidmətinin rəsmilərinə istinadən Beyrutun kənarındakı El-Mreyji rayonunda dağıntılar təmizlənərkən Haşim Safiuddinin meyitinin aşkar edildiyini bildirib. 

 

Qeyd olunub ki, Safiuddin oktyabrın 3-də El-Mreyji rayounda bunkerə endirilən zərbə zamanı öldürülüb. Xilasedicilər dağıntıları təmizləyərkən Safiuddinin rəhbərlik etdiyi toplantıda iştirak etmiş “Hizbullah”ın 23 üzvünün meyitini dağıntılar altından çıxarıblar.

 

Xatırladaq ki, Haşem Safiuddin sentyabrın 30-da “Hizbullah”ın yeni baş katibi seçilmişdi. O, Həsən Nəsrullahın ən yaxın qohumu idi. Əvvəllər “Hizbullah”ın İcra Şurasına başçılıq edib, hərəkatda ikinci fiqur sayılıb...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.