İran Xarici İşlər Nazirliyi üçüncü ölkə (İsveçrə səfirliyi) vasitəsilə ABŞ-a göndərdiyi fövqəladə mesajda bildirib ki, yanacaq doldurmaq və İsrailin hücumunu dəstəkləmək üçün istifadə edilən istənilən ABŞ bazası İranın cavab zərbələri üçün qanuni hədəf olacaq.
Senzor.az bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun sosial şəbəkələrdə dərc olunan mesajında belə deyilir.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, İsrailin İrana hücumuna hazırlıq fonunda ABŞ bölgəyə əlavə F-16-lar yerləşdirib.