Kreml: Rusiya Gürcüstanın daxili işlərinə qarışmır
“AMMA QƏRB...”

Rusiya Gürcüstanın daxili işlərinə qarışmır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanda parlament seçkilərinin nəticələrini şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

D.Peskov qeyd edib ki, Gürcüstanda keçirilən parlament seçkilərinə Rusiyanın heç bir müdaxiləsi olmayıb və bu cür ittihamlar tamamilə əsassızdır: “Bu cür ittihamları qətiyyətlə rədd edirik. Bilirsiniz, onlar artıq bir çox ölkə üçün standart xarakter daşıyır: nəsə olan kimi dərhal Rusiyanı müdaxilədə ittiham edirlər. Amma bu, doğru deyil. Heç bir müdaxilə olmayıb və ittiham tamamilə əsassızdır”.

 

Peskov onu da bildirib ki, Rusiyadan fərqli olaraq,  Qərb rəsmi Tbilisinin əl-qolunu bağlayır. “Qürurlu gürcü xalqının hər gün onların ünvanına axan ultimatumlara necə dözdüyünü təsəvvür belə etmək çətindir”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.