Ukrayna Baş Qərargahının binasına zərbə endirildi - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
KADIROVUN QİSASI

"Kiyevdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının pilotsuz uçan aparatlarının (PUA) idarəetmə mərkəzinə endirilən zərbələr Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Universitetinə hücuma cavabdır".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

 

Onun sözlərinə görə, səhər saat 04:00-da (Bakı vaxtı ilə 05:00 - red.) və saat 05:30-da (Bakı vaxtı ilə 06:30 - red.) Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələri Mərkəzə iki zərbə endirib.

 

"Çərşənbə axşamı Qudermesə uçan PUA məhz bu binadan idarə olunub", - Kadırov "Telegram" kanalında bildirib.

 

Onun sözlərinə görə, əlavə zərbələr nəticəsində ölən və yaralananlar var.

 

"Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin məlumatına görə, ələ keçirilən radio danışıqlarında ukraynalılar doqquz nasistin həlak olması və daha 17 nəfərin yaralanması barədə məlumat veriblər", - o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.