Zelenski Qərbi məxfi məqamları açmaqda ittiham etdi

Kiyevin Vaşinqtondan Amerikanın 2400 km məsafə qət edən “Tomaqavk” raketlərini istəməsi barədə xəbərlər yayan Qərb mediası məxfi məlumatları açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdəki müttəfiqlərinin və Qərb mediasının belə hərəkətlərindən narazılığını bildirib.

 

“Mən onlardan (Qərb müttəfiqləri – red. ) “qələbə planında” uzaqmənzilli silah paketinin verilməsini xahiş edəndə mənə dedilər ki, bu, eskalasiyadır. İndi mediada baş verənləri görürsünüz – onlar bildirdilər ki, Ukrayna “Tomaqavk” kimi çoxlu raketlər almaq istəyir. Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Bu mesajları necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında heç bir məxfilik yoxdur”, - Zelenski Şimali Avropa mediası üçün mətbuat konfransında bildirib.

 

Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Zelenskinin planının qapalı hissəsində Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin tədarükü təklifi var. Nəşrin yazdığına görə, Amerika rəsmiləri bunu “tamamilə qeyri-mümkün tələb” sayırlar. Qəzet onu da bildirib ki, Zelenski Vaşinqtonu Qərb silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirmək qərarına gəlməyə inandıra bilməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.