Xamenei İsrailə zərbə göstərişi verdi
“NYU YORK TAYMS”

İranın ali dini lideri Əli Xamenei bazar ertəsi Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib.

 

Bu barədə “Nyu York Tayms” üç İran rəsmisinə istinadla məlumat yayıb.

 

Mənbələr bildiriblər ki, Xamenei bu qərarı yüksək rütbəli hərbi komandirlərin dəymiş ziyanın miqyası ilə bağlı ətraflı hesabatını nəzərdən keçirdikdən sonra elan edib.

 

İddiaya görə, Xamenei dinləmələrdə deyib ki, İsrailin hücumunun miqyası, eləcə də itkilərin sayı - ən azı dörd əsgərin öldürülməsi – zərbələri gözardı etmək üçün çox böyükdür və cavab verməmək məğlubiyyəti etiraf etmək deməkdir.

 

Mənbələr bildiriblər ki, İranın ABŞ seçkilərindən əvvəl zərbə ehtimalı daha azdır, çünki Xamenei gərginləşmədən faydalana biləcək Trampa kömək etmək istəmir.

 

Qeyd edək ki, bundan öncə CNN öz mənbələrinə istinadla İranın ABŞ-dakı prezident seçkisinə, yəni 5 noyabra qədər İsrailə zərbə endirəcəyi ilə bağlı məlumat yaymışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.