İsveç qeyri-qanuni miqrantlara qarşı mübarizəni gücləndirir - VİDEO

İsveç hökuməti “kölgə cəmiyyəti” adlandırılan qeyri-qanuni miqrantlara – qanuni əsas olmadan yaşayan insanlara qarşı mübarizəni gücləndirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkədə qeyri-qanuni mühacirlərin sayının 107-185 min nəfər olduğu güman edilir.

 

“İsveçdə 100 mindən çox insanın icazəsiz yaşadığını düşünmək üçün əsasların olduğunu düşünürəm”, - miqrasiya naziri Yohan Forssell deyib.

 

Dövlət dəftərxanasında işçiləri qeyri-qanuni miqrantlar barədə məlumat verməli olan müxtəlif dövlət idarələrindən bu cür şəxslər haqqında məlumat toplamaq üçün xüsusi qrup yaradılıb.

 

Bu yanaşma cəmiyyətdə xeyli tənqidə səbəb olub. Çoxları hətta bu təşəbbüsü “donos qanunu” adlandırır.

 

Forssell öz növbəsində qeyd edir ki, “kölgə cəmiyyəti”ndə yaşayanlar, o cümlədən uşaqlar həssas vəziyyətdədirlər və müxtəlif növ təhdidlərə və “istifadəyə” məruz qala bilərlər. Digər tərəfdən, onların bəziləri milli təhlükəsizliyə təhlükə yarada bilər.

 

Bir neçə həftədən sonra “məlumat vermək öhdəliyi” məsələsi ilə bağlı araşdırmanın yekunu hökumətin masasında olmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.