Vaşinqton ştatında seçki təhlükəsizliyini
MİLLİ QVARDİYA TƏMİN EDƏCƏK

Vaşinqton qubernatoru Cey İnsli noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ştatın Milli Qvardiyasının hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

 

NBC telekanalı xəbər verir ki, bu, Daxili Təhlükəsizlik Departamentinin seçki infrastrukturuna qarşı təhdidlər və ya ştatın cənub-qərbində seçki qutularının yandırılması kimi hadisələrlə bağlı son xəbərdarlığından sonra ehtiyat tədbiri ilə bağlıdır.

 

Milli Qvardiyanın əməkdaşları noyabrın 4-dən 7-dək vəzifələrini icra edəcək və lazım gələcəyi təqdirdə yerli hüquq-mühafizə orqanlarına kömək göstərəcəklər.

 

Qubernator xatırladıb ki, Vankuver şəhərində seçki qutusunun yandırılması zamanı yüzlərlə bülleten zədələnib və ya məhv olub.

 

İctimai rəy sorğularının nəticələrinə əsasən, ABŞ-ın vitse-prezidenti demokrat Kamala Harris bu ştatda respublikaçı rəqibi Donald Trampı asanlıqla məğlub etməlidir.

 

Florida Universitetinin məlumatına görə, ABŞ-da artıq 70 milyona yaxın insan erkən səsvermədə iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.