İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 24-ə yüksəlib.
Bu barədə İRNA agentliyi xəbər yayıb.
Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.
**10:00
İranın Gərmsar şəhərindən 5 kilometr şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə İRNA Agentliyi məlumat yayıb.
Zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb. Agentliyin məlumatına görə, zərərçəkənlər yüngül bədən xəsarəti alıblar. Zəlzələ nəticəsində şəhərin bəzi yerlərində işıq və internet kəsilib.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.