Cənubi Koreya, ABŞ və Yaponiya strateji bombardmançı “B-1B”nin iştirakı ilə birgə hərbi təlimlər keçiriblər.
Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Manevrlər Koreya yarımadasının cənubunda keçirilib və KXDR-in qitələrarası ballistik raket buraxmasına cavab olub.
Təlimlər zamanı Cənubi Koreya, ABŞ və Yaponiyadan olan döyüş təyyarələrini Amerikanın “B-1B” strateji bombardmançıları müşayiət edib. “B-1B”nin gücünü nümayiş etdirmək üçün hədəfə zərbələr də tətbiq edilib.
Qeyd edək ki, bu, cari il ərzində tərəflərin ikinci birgə hərbi hava təlimləridir.
Senzor.az xatırladır ki, Şimali Koreya oktyabrın 31-də qitələrarası ballistik raket buraxıb. Ölkənin rəsmi informasiya agentliyi KCNA ballistik raketin buraxılışını ölkənin lideri Kim Çen Inın yerində izlədiyini bildirib. Yaponiyanın Müdafiə Nazirliyi raketin uçuşunun 1 saat 26 dəqiqə çəkdiyini, bunun Şimali Koreyanın indiyədək ən böyük uçuş həyata keçirən ballistik raketi olduğunu bəyan edib. Raketin təxminən ən yuxarısı 7 min kilometr yüksəklik olmaqla 1000 kilometr məsafə qət etdiyi bildirilir.