Oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin İranda edam edilməsindən sonra Berlin İranın bu ölkədə olan konsulluqlarının 32 əməkdaşını ölkədən qovub.
Senzor.az yerli KIV-ə istinadən bildirir ki, bu barədə Almaniya XİN-in sosial hesabında məlumat verilib.
Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı, 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.
Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.