Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampa zəng edərək prezident seçkilərində qazandığı tarixi və inamlı qələbəsi münasibətilə onu təbrik edib.
Senzor.az bildirir ki, bu barədə V.Zelenski özünün X sosial şəbəkəsində məlumat yayıb.
Ukrayna Prezidenti vurğulayıb ki, Trampla əla telefon danışığı keçirib: “Biz sıx dialoqu və əməkdaşlığımızı inkişaf etdirmək barədə razılığa gəldik. Güclü və möhkəm Amerika rəhbərliyi sülh və ədalətli dünya üçün həyati əhəmiyyət kəsb edir”.