ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nazirliyin açıqlamasında belə deyilir.
“Ədliyyə Departamenti yeni seçilmiş Prezident Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan İran rejimi agentini ittiham edib”, - baş prokuror Merrik Qarland bildirib.
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.
Belə ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakəridir. O, hələ də azadlıqdadır və İranda olduğu güman edilir.