Fələstin Prezidenti Mahmud Abbas ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampla telefonla danışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, telefon danışığı zamanı Mahmud Abbas ədalətli və əhatəli sülhə nail olmaq üçün Trampla əməkdaşlıq etməyə hazır olduğunu dilə gətirib.
Tramp isə müharibəni dayandırmaq üçün səy göstərəcəyini, bölgədə sülhü təmin məqsədilə Abbasla yanaşı, regional və beynəlxalq tərəflərlə əməkdaşlığa hazır olduğunu bildirib.