Vaşinqton Zelenskinin sözünü yerə salıb

ABŞ prezident Donald Trampın Ağ Evə qayıtması öncəsi son yardım paketi çərçivəsində Ukraynaya “Patriot” və “NASAMS” hava hücumundan müdafiə (HHM) sistemləri verəcək.

 

 “The Wall Street Journal (WSJ)” nəşrinin öz mənbələrinə istinad edən yazdığına görə, Pentaqonun rəhbəri Lloyd Ostin başqa alıcıların marağı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin “ATACMS” raket sistemlərinin prioritet olaraq Kiyevə çatdırılması barədə xahişini yerə salıb.

 

“Amerikalı nazir Zelenskiyə deyib ki, Pentaqonun digər müştərilərlə bağladığı uzunmüddətli müqavilələri pozmağı xahiş etmək çox böyük tələbdir”, - WSJ vurğulayıb.

 

Qeyd edək ki, bu həftə Pentaqonun podratçılarına Ukraynada silah təmiri ilə bağlı qoyulan qadağanı Vaşinqtonun ləğv etdiyi məlum olub. Pentaqon podratçıların cəbhə xəttindən uzaqda yerləşəcəyini və rus qoşunları ilə döyüşməyə cəlb edilməyəcəyini açıqlayıb. 

 

“CNN” Ukraynada eyni vaxtda bir neçə onluqdan tutmuş iki yüzə yaxın podratçının ola biləcəyini proqnozlaşdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.