İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla son bir neçə gündə üç dəfə danışdığını bildirib.
Senzor.az-ın yerli və xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Netanyahunun ofisinin yaydığı videomüraciətdə bildirilib.
“Son bir neçə gün ərzində mən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla üç dəfə danışmışam. Bunlar yaxşı və çox vacib söhbətlər idi. Danışıqlar İsrail və ABŞ arasında möhkəm müttəfiqliyi daha da gücləndirmək məqsədi daşıyır. Biz İran təhlükəsini onun bütün komponentlərini və yaratdığı təhlükəni görürük”, - deyə Netanyahu, ofisinin yaydığı videomüraciətdə vurğulayıb.