Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinə işgüzar səfərə gedib.
APA xəbər verir ki, Pekin beynəlxalq hava limanında Şoyqunu Rusiyanın Çindəki səfiri İqor Morqulov və Çinin xarici işlər nazirinin müavini Liu Bin qarşılayıblar.
Şoyqunun Çinin yüksək vəzifəli şəxsləri ilə Moskva-Pekin münasibətləri və iki ölkənin təhlükəsizliyi ilə bağlı danışıqlar aparacağı bildirilib.