Amerikalı neyrocərrah Ben Karson Donald Trampın administrasiyasında səhiyyə naziri ola bilər.
Senzor.az bildirir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.
Məlumata görə, hələlik qəti qərar verilməyib və Tramp bu vəzifəyə namizəd irəli sürməyib.
Xatırladaq ki, D.Tramp əvvəlki prezidentliyi dönəmində Ben Karsonu mənzil tikintisi və şəhər inkişafı naziri təyin etmişdi.
Onu da qeyd edək ki, Ben Karson – həqiqətən də məşhur neyrocərrahdır. O, dünyada ilk dəfə siam əkizlərini bir-birindən ayırması ilə daha çox populyarlıq qazanıb.