İran, Rusiya və Türkiyə Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Senzor.az bildirir ki, İranın “Mehr” agentliyinin məlumatında belə deyilir.
Məlumata görə, sözügedən ölkələr İsrailin Qəzza zolağındakı hərəkətlərini, Livan və Suriyaya hücumlarını pisləyiblər.
Qeyd olunur ki, birgə bəyanat Suriya üzrə Astana danışıqlarının 16-cı raundu zamanı yayımlanıb.
İran, Rusiya və Türkiyə Yaxın Şərqdə atəşkəsə də çağırıblar. Onlar həmçinin, İsrail qüvvələrinin Suriyadakı bütün hərbi hücumlarını pisləyib və bu hərəkətləri beynəlxalq qanunların pozulması kimi qiymətləndiriblər.
Türkiyə, Rusiya və İran qeyd ediblər ki, BMT-nin müvafiq agentlikləri münaqişənin kəskinləşməsindən sonra Suriyaya köçmüş livanlı qaçqınlara yardım üçün tədbirlər görməlidir.
Bəyanatda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.