Tramp Maska və Ramasvamiyə hansı vəzifəni verdiyini açıqladı: "BU İKİ ƏLA AMERİKALI MƏNİM ADMİNİSTRASİYAMA...”
FOTO

Dünyanın ən zəngin insanı, amerikalı milyarder İlon Mask və prezidentliyə keçmiş namizəd, sahibkar Vivek Ramasvami yeni Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklər.

 

"İnterfaks"ın verdiyi məlumata görə, bu barədə ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp bildirib.

 

"Bu iki əla amerikalı birlikdə mənim administrasiyama hökumət bürokratiyasının ləğvi, artıq normativ aktların azaldılması, israfçı xərclərin və federal agentliklərin yenidən qurulmasında kömək edəcək", - deyə Trampın bəyanatında bildirilir.

 

O, Maskın sözlərini sitat gətirərək, bunun sistemdə və dövlət vəsaitlərinin israfına aidiyyəti olan hər kəsdə şok yaradacağını deyib.

 

Eyni zamanda, ABŞ-ın seçilmiş Prezidenti yeni departamentin yaradılması barədə məlumat verdikdən sonra Mask şəffaflığı təmin etmək üçün qurumun bütün fəaliyyəti barədə hesabatı internetdə dərc edəcəyini vəd edib. 

"İctimaiyyət nə vaxt düşünsə ki, biz vacib bir şeyi azaldırıq və ya israfçı bir şeyi azaltmırıq, sadəcə, bizə bildirin!" - deyə o, sosial şəbəkədəki paylaşımında yazıb.

 

Mask, həmçinin, vergi vəsaitlərinin "ən axmaq xərcləri üzrə" liderlik cədvəli tərtib edəcəyini vəd edib.

 

"Bu həm son dərəcə faciəvi, həm də son dərəcə maraqlı olacaq", - deyə milyarder qeyd edib.

 

Xatırladaq ki, Tramp bundan əvvəl Təhsil Nazirliyini ləğv edəcəyini vəd etmişdi. Seçki kampaniyası zamanı o, dəfələrlə bu qurumu federal hökumətin amerikalı ailələrin gündəlik həyatına həddindən artıq müdaxiləsinin simvolu kimi göstərib.

 

"Mən həmişə deyirəm ki, qayıdıb bununla məşğul olmaq üçün can atıram. Biz nəticədə federal təhsil nazirliyini ləğv edəcəyik", - deyə o, sentyabrda Viskonsindəki mitinqdə bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.