Braziliyanın "TV Globo" telekanalının efirində qəribə hadisə baş verib. Belə ki, səhər şousunun aparıcısı Ana Mariya Braqa G20 sammitindən danışarkən, ABŞ Prezidenti Co Baydeni səhvən “bin Laden” ("Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Usama bin Laden) adlandırıb.
Bu barədə sosial şəbəkələrdə kadrlar da yayılıb.
"Rəsmi fotoların seriyası - Fransa prezidenti Emmanuel Makronla və ABŞ-dan olan bin Ladenlə əl sıxma", - deyə Braqa tədbirdən reportaj zamanı bildirib.
Teleaparıcının sözlərinə həmkarı düzəliş edib, bundan sonra onlar bu səhvi sübhdən başlayan işləri ilə izah edərək gülüşüblər.