Peskov: Rusiyanın yenilənmiş nüvə doktrinası ABŞ üçün siqnal sayıla bilər
VİDEO

Rusiyanın yenilənmiş nüvə doktrinası ilə bağlı açıqlaması Ukrayna münaqişəsinin misli görünməmiş eskalasiyasını həyata keçirən ABŞ administrasiyası üçün siqnal sayıla bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, Rusiyanın yenilənmiş nüvə doktrinasının dərcinin ölkənin dərinliklərinə zərbələr endirmək üçün “ATACMS” ballistik raketlərinin istifadəsini təsdiqləyən ABŞ administrasiyası üçün siqnal sayıla bilərmi sualına cavab verərkən bildirib: “Əlbəttə, burada heç bir təsadüflük yoxdur, müəyyən bir qanunauyğunluqlar var.

 

Baxmayaraq ki, Prezident Vladimir Putin bizim doktrinamızı Qərb dövlətlərinin təhrik etdiyi indiki qarşıdurma şəraitinə uyğunlaşdırmaq üçün dəyişikliklərin hazırlanması ilə bağlı göstəriş verib. Lakin buna baxmayaraq, Putin görünməmiş eskalasiyaya cavab verməlidir ki, bu da ilk növbədə hakimiyyətdən gedən Vaşinqton administrasiyası tərəfindən təhrik olunur”.

 

Peskov qeyd edib ki, bu yolla hakimiyyətdən gedən ABŞ administrasiyası getdikcə ehtiyatsız addımlar ataraq Ukrayna münaqişəsi ətrafında gərginliyi artırır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.