Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Superjet 100” təyyarəsi Türkiyənin Antalya hava limanına enərkən mühərrikində yanğın başlayıb.
Bu barədə “Airporthaber” portalı məlumat yayıb.
Dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
Təyyarədə olan 79 sərnişin təxliyə edilib.
Qeyd olunur ki, RA-89085 nömrəli təyyarə Soçidən Antalyaya A45051 reysini həyata keçirirmiş...