Belarus Prezidenti Aleksandr Lukaşenko Pakistana rəsmi səfərə gedib.
Bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.
İslamabadda A.Lukaşenko Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparacaq. Görüş məhdud və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Tərəflər əməkdaşlığın ən perspektivli istiqamətlərini nəzərdən keçirəcək və gələcək üçün birgə fəaliyyət planını müzakirə edəcəklər.
Səfər zamanı əsas diqqət ticari-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində praktiki addımlara xüsusi önəm verilməklə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə yönəldiləcək.
Bundan əlavə, regional və qlobal təhlükəsizlik, inteqrasiya birliklərində əməkdaşlıq, həmçinin beynəlxalq platformalarda birgə fəaliyyətə dair məsələlər müzakirə olunacaq.
Danışıqların yekunları üzrə beynəlxalq sənədlər paketi imzalanacaq.
A.Lukaşenkonun səfəri ilə paralel olaraq İslamabadda Pakistan-Belarus biznes forumu keçiriləcək.