NATO Parlament Assambleyası Ukraynaya orta mənzilli raketlərin təhvil verilməsinə çağırıb.
Bu barədə Ukraynanın “Mirror of the Week” nəşri məlumat yayıb.
“Biz Şimali Atlantika Alyansına üzv ölkələrin hökumətlərini və parlamentlərini Ukraynanı bütün vasitələrlə, o cümlədən orta mənzilli raketlərlə təmin etməyə çağırırıq”, - deyə sənəddə deyilir.
NATO-nun qətnaməsində həmçinin qeyd olunur ki, bu təşəbbüs Ukraynaya qarşı növbəti təcavüzün qarşısını almaq məqsədi daşıyır.