Yaponiyanın Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasında kortejdəki avtomobillərdən biri ilə toqquşub.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, Baş nazirin olduğu avtomobil mühafizənin öndə olan avtomobili ilə toqquşub.
Qəza kortejin qısa müddət dayanmasına səbəb olub. Daha sonra avtomobillər hərəkət edib.
Baş nazir heç bir xəsarət almayıb.