Putinlə Pezeşkian arasında telefon danışığı olub - SURİYADAKI VƏZİYYƏT MÜZAKİRƏ EDİLİB

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

"Danışıq zamanı əsas diqqət Suriya Ərəb Respublikasında gərginləşən vəziyyətə yönəldilib. Terrorçu qruplaşmaların və silahlı dəstələrin genişmiqyaslı təcavüzü Suriyanın suverenliyini, siyasi və sosial-iqtisadi sabitliyini pozmağa yönəlmiş bir addım kimi qiymətləndirilib", – məlumatda qeyd olunub.

 

Həmçinin, Suriyanın qanuni hakimiyyətinin konstitusiya quruluşunu və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün gördüyü tədbirlərə qeyri-şərtsiz dəstək ifadə olunub. Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin koordinasiyasının vacibliyi vurğulanıb.

 

Qeyd edilib ki, prezidentlər Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişafına dair aktual məsələləri, o cümlədən, 23 oktyabrda Kazanda Putin və Pezeşkian arasında keçirilən danışıqların nəticələrini nəzərə alaraq müzakirə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.