Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində dekabrın 2-də keçirilən mitinq zamanı hüquq-mühafizə orqanları tərəfindən 34 nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən “İnterpress-News” Agentliyinə verilən məlumata görə, onlara qanunvericiliyə əsasən inzibati xətalar üzrə ittiham irəli sürülüb.
Saxlanılan şəxslər müxtəlif müvəqqəti saxlama izolyatorlarına köçürülüblər.
Bundan əlavə, agentlik qeyd edir ki, dünənki aksiya zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.