Ermənistan rəsmisi BMT tribunasından faşist Qaregin Njdeni müdafiə etdi

Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası zamanı Ermənistan üzrə məruzəçi Yeung Kam Con bu ölkədə faşist rejimi ilə əməkdaşlıq etmiş və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi şəxslərə heykəlin ucaldılması barədə Komitəyə məlumatların daxil olduğunu bildirib.

 

Senzor.az bildirir ki, bu xüsusda, Ermənistanda məktəb kurrikulumunun tarixin bütün aspektlərini necə nəzərə aldığını və ayrı-seçkilik olmadan tolerantlıq mühitini necə təşviq etdiyini sorğu edib.

 

Çıxışında ölkəsinin tolerantlıq diyarı olduğunu sübut etməyə çalışan Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan sualın ağırlığını hiss edərək, məktəb kurrikulumunun yenidən nəzərdən keçirildiyini bildirməyə məcbur qalıb. Q.Njdenin adını deməyə belə çəkinən V.Kostanyan istinad edilən şəxsin məhz XX əsrin əvvəlində, daha sonradan deyil, Ermənistan və erməni xalqı üçün vacib tarixi şəxsiyyət olduğunu deməklə Q.Njdenin faşist olduğunu təkzib edə bilməyib.

 

Bu cavabla kifayətlənməyən məruzəçi Y.Kam Con bu yaxınlarda belə heykəlin ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin cəmiyyət üçün hələ də aktual olduğuna dəlalət etdiyini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.