Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytı Akorda.kz məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ticarət, investisiya və nüvə silahının yayılmaması sahələrində strateji tərəfdaşlığa qarşılıqlı sadiq qaldıqlarını vurğulayıblar.
Qazaxıstan lideri beynəlxalq gündəliyin ən aktual problemlərinə dair ölkəsinin mövqeyini açıqlayıb.
Prezidentlər ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq üçün müntəzəm təmaslar barədə razılığa gəliblər.