ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.
Bu barədə AFP məlumat yayıb.
Qeyd olunub ki, bu, Trampın ABŞ Prezidenti seçildikdən sonra ilk xarici səfəridir.
Kilsənin açılış mərasimindən əvvəl Trampı Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron qarşılayacaq.
2019-cu ildə baş verən yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi təxminən 40 dövlət və hökumət başçısının iştirakı ilə keçiriləcək.