Parisdə Fransa prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-dakıi prezident seçkilərində qalib gələn Donald Tramp arasında üçtərəfli görüş başa çatıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, görüş 20 dəqiqə davam edib.
Görüşdən sonra hər hansı bəyanat verilməyib. Tərəflər arasında görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.
Zelenski üçtərəfli görüşlə bağlı “X”də yazıb ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.
Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp hələ inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, Kiyevə çoxmilyardlı yardımı dayandıracağını vəd edib.
Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.
**21:00
Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında görüş başlayıb.
Zelenski Yelisey sarayına axşam saatlarında gəlib. "Ukrayna Prezidenti üçtərəfli görüşdə iştirak etmək üçün Emmanuel Makron və Donald Trampa qoşulub", - BFMTV-nin açıqlamasında deyilir.
**20:46
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun dəvətilə Notr-Dam kilsəsinin təntənəli açılış mərasimində iştirak etmək üçün Fransaya səfər edib.
Bu barədə CNN məlumat yayıb.
Tərəflər arasında üçtərəfli görüşün keçiriləcəyi bildirilib.