Suriyalı müxaliflərin Dəməşqi ələ keçirməsindən sonra paytaxtdan yayılan görüntülər dünya ictimaiyyətini təəccübləndirməkdə davam edir.
Bu dəfə insanlar paytaxtda tapılan Sednaya adlı 4 mərtəbəli gizli yeraltı həbsxanaya heyrətləniblər.
Deyilənə görə, yeraltı həbsxananın yalnız bir mərtəbəsindən minlərlə məhkum çıxarılıb.
Digər mərtəbələrin qapısının açılması üçün xüsusi avadanlıq və alətlərin vasitəsilə cəhdlər edilir. Məsələ ondadır ki, Əsəd rejimi çöküş anında izi itirmək üçün qapıları betonlayıb.
İddialara görə, yeraltı həbsxanada işgəncə və zülmə məruz qalan 70 mindən çox məhkum ola bilər.
Görüntülərdə silahlıların məhbus qadınları və uşaqları oradan necə çıxardıqları əks olunur...