Suriyada hakimiyyətə gələn silahlı müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini elan edib.
Müvafiq bəyanat Hərbi əməliyyatlar idarəsinin (müxalifət birləşmələrinin rəhbər orqanı) “Telegram” kanalında dərc edilib.
“Al Jazeera” telekanalının məlumatına görə, Suriya müxalifəti ətraf rayonlardakı komendant saatını da ləğv edib.