Bütün Ukrayna ərazisinə raket hücumu edilir.
Senzor.az yerli Teleqram kanallarına istinadən bildirir ki, Ukraynanın bütün şəhərlərinə – xüsusiən Kiyev, Odessa, İvano-Frankovsk, Ternopol, Xmelnitski - raket zərbələri endirilir.
Qeyd olunur ki, əsas hədəf Ukraynanın müxtəlif infrastruktur və energetika obyektləridir.
Əksər şəhərlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Bütün Kiyev ərazisində işıqlar kəsilib, metro stansiyalarının fəaliyyəti dayanıb.
Odessada elektrik nəqliyyatı işləmir və içməli su kəsilib.
Raket hücumunun hazırda davam etdiyi bildirilir.