Tbilisidə parlament binası yaxınlığında etirazlar davam edir - VİDEO

Bir neçə yüz nəfər hökumət əleyhinə mitinq üçün yenidən Tbilisidə parlament binası yaxınlığında toplaşıb.

 

Bu barədə TASS məlumat yayıb. 

 

Etirazçılar Rustaveli prospektini bağlayıblar və şəhərin müxtəlif yerlərindən ayrı-ayrı qruplarla oraya gəlib, Rustaveli prospektində birləşiblər. Onlar əvvəlki günlərdə olduğu kimi, hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər.


Polis etirazçılara müdaxilə etmir. Daxili İşlər Nazirliyi nümayişçiləri dağıtmaq üçün istifadə edilən xüsusi texnikanı əraziyə hələ də yerləşdirməyib.

 

Qeyd edək ki, Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayına gələn etirazçılarla görüşüb. Mitinq iştirakçıları Salome Zurabişvilinin "Gürcüstanın yeganə legitim hakimiyyət təmsilçisi" olduğunu bəyan edib, ona "gördüyü işlərə görə təşəkkür" ediblər.

 

Salome Zurabişvili mətbuata açıqlama verməyib.


Yeri gəlmişkən, dünən Seçkilər Kollegiyası Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti seçib. Salome Zurabişvili isə bu seçkinin də nəticələrini tanımır.


Xatırladaq ki, Tbilisidə etirazlar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasını bəyan etməsindən sonra yenidən başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.