ABŞ Milli Kəşfiyyatının keçmiş rəhbəri Riçard Qrenell ABŞ Prezidenti Donald Trampın xüsusi tapşırıqlar üzrə nümayəndəsi olacaq.
Senzor.az bildirir ki, bu barədə Donal Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Rik dünyanın ən qaynar nöqtələrində, o cümlədən Venesuela və Şimali Koreyada işləyəcək. Rik var gücü ilə sülh üçün mübarizə aparacaq və həmişə Amerikanı birinci yerə qoyacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə Grenell qısa müddətə Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edib. 2019-2021-ci illərdə o, Serbiya və Kosovo arasında danışıqlar üzrə ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsində çalışıb. Bu müddət ərzində tərəflər arasında iqtisadi münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.
Onu da qeyd edək ki, 2024-cü ilin yayında Qrenell Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlayan hərbi münaqişənin həlli üçün “muxtar zonalar” yaratmağı təklif edib. O, Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyini də bildirib.