ABŞ Gürcüstana əlavə sanksiyalar hazırlayır

ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

 

Senzor.az bildirir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

 

O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda 20-yə yaxın vəzifəli şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.

 

"Yaxın həftələrdə digər tədbirlər görəcəyik”, - deyə Miller vurğulayıb.

 

Xatırlaqaq ki, noyabrın 30-da Dövlət Departamenti ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Bu, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək qərarından sonra baş verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.