Rusiyada yük və sərnişin qatarları toqquşub: 2 ÖLÜ, 31 YARALI
YENİLƏNİB, VİDEO

Rusiyanın Murmansk vilayətində qatar qəzasında ölənlərin və yaralananların sayı artıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Dəmir Yolları (RDY) şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ikimərtəbəli sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ümumilikdə beşi uşaq olmaqla 31 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır.

 

Bundan başqa qəzada iki nəfər həlak olub. RDY həlak olanların qohumlarına 2.2 milyon rubl (35.8 min manat) ödəməyi, zərərçəkənlərə isə şirkətin tibbi müəssisələrində pulsuz müalicə və reabilitasiya imkanı vədi verib.

 

Xatırladaq ki, dünən Murmanskdan Sankt-Peterburqa gedən ikimərtəbəli qatar Kandalakşa rayonunun Knyajaya stansiyasında yük qatarı ilə toqquşub. Nəticədə qatarın arxa hissəsindəki dörd vaqon relsdən çıxıb. Qatarda ümumilikdə 326 nəfər olub.

 

RDY bildirib ki, toqquşma sərnişin qatarı stansiyaya daxil olanda baş verib. Hazırda yük qatarının maşinisti və onun köməkçisi saxlanılıblar. İlkin məlumata görə, onlar lokomotiv kabinəsini nəzarətsiz qoyublar. Hadisə ilə bağlı cinayət işi açılıb.

 

**01:14


Dekabrın 18-də yerli vaxtla saat 16:15-də Rusiyanın Murmansk vilayətində yük qatarı içərisində 326 sərnişinin olduğu sərnişin qatarı ilə toqquşub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

 

"İlkin məlumata görə, bu gün Murmansk - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub", - məlumatda qeyd olunub.

 

Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.

 

Bildirilib ki, bütün halların araşdırılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üçün Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova hadisə yerinə gedib.

 

RJD şirkətindən bildirilib ki, ilkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb.

 

Bu saata olan məlumata görə, hadisə nəticəsində 5-i azyaşlı olmaqla, 27 nəfər xəsarət alıb. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.