Rusiyada məşhur generalı və köməkçisini qətlə yetirməkdə təqsirləndirilən ƏHMƏD QURBANOV HƏBS EDİLDİ
VİDEO

Moskvanın Basmannı Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi general-leytenant İqor Kirillovu və onun köməkçisi mayor İlya Polikarpovu qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanovu fevralın 17-dək həbs edib.

 

TASS xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

 

Kirillov və köməkçisi dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində generalın evinin yaxınlığında baş verən partlayış nəticəsində həlak olublar. Müstəntiqlər müəyyən ediblər ki, hücum edənlər partlayıcı qurğunu girişin yanında dayanan skuterə yerləşdirib və onu uzaqdan işə salıblar.

 

Qurbanov dekabrın 18-də saxlanılıb. O etiraf edib ki, Ukraynadan olan kurator generalın öldürülməsi üçün ona 100 min dollar və Aİ ölkəsində yaşayış vəd edib. Qurbanov razılaşdıqdan sonra ona yerin koordinatlarını göndəriblər və komponentlərdən radio ilə idarə olunan bombanın necə yığılacağını izah ediblər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.