Gürcüstan hakimiyyəti ölkədə etiraz dalğasına səbəb olan "Xarici agentlər haqqında" qanuna dəyişiklik edəcəyini vəd edib.
Senzor.az bildirir ki, bunu Avropa Şurasının baş katibi Alen Berse Tbilisidə mətbuat konfransında deyib.
“Hökumət “Xarici təsirlərin şəffaflığı” Aktının məzmununu dəyişdirməyi öhdəsinə götürüb. Bu məqsədlə Gürcüstan və Avropa Şurası, o cümlədən Venesiya Komissiyasının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılacaq”, - o bildirib.
Baş katib qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan və Venesiya Komissiyasının göstərdiyi kimi, qanunvericilik Avropa standartlarına tam uyğunlaşdırılmalıdır: “Bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, seçki islahatları, həbsxana və probasiya islahatları kimi digər sahələrdə də oxşar proseslər həyata keçirilə bilər”.