Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.
“Hakimiyyət orqanlarının bütün binalarında dövlət bayraqları endirilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb, 205 nəfər isə yaralanıb.