ABŞ-ın keçmiş prezidenti Bill Klinton Vaşinqtondakı xəstəxanadan evə buraxılıb.
Senzor.az bildirir ki, bu barədə onun rəsmi nümayəndəsi X sosial şəbəkəsində məlumat paylaşıb.
O, 78 yaşlı eks-prezidentin qripə yoluxduğunu yazıb.
Qeyd edək ki, dekabrın 23-də B.Klinton temperaturu yüksəldiyi üçün Vaşinqtondakı "MedStar Georgetown" Universitetinin Xəstəxanasına yerləşdirilmişdi.
**10:29(24.12.2024)
ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
Bu barədə NBC televiziyasına eks-dövlət başçısının köməkçisi məlumat verib.
“Prezident Klinton bu gün günortadan sonra qızdırma qalxdıqdan sonra test və müşahidə üçün MedStar Corc Taun Universitet Xəstəxanasına yerləşdirilib. Onun əhval-ruhiyyəsi yaxşıdır və aldığı mükəmməl qulluğa görə dərin minnətdarlığını bildirir”, – sabiq prezidentin köməkçisi bildirib.
Qeyd edək ki, Bill Klinton 1946-cı il avqust ayının 19-da Arkansas ştatında anadan olub. İlk prezidentlik müddətindən əvvəl o, doğma ştatının baş prokuroru və qubernatoru olub.
Klinton ilk dəfə 1992-ci ilin noyabrında prezident seçkilərində qalib gəlib. O, səslərin 43 %-ni alaraq Respublikaçılar Partiyasından olan namizəd, ABŞ-ın fəaliyyətdə olan 42-ci prezidenti Corc Buşu (ata) üstələyib (Buş 37,5% səs toplamışdı).
Onun ikinci prezidentlik müddəti 1996-cı ildən 2001-ci ilin yanvarın 20-dək davam edib.
Bill Klinton hazırda ictimai fəaliyyətlə məşğul olur və dünya üzrə müxtəlif tədbirlərdə mühazirələrlə çıxış edir. Klintonun həyat yoldaşı Hillari senator (2001-2009), ABŞ dövlət katibi (2009-2013) vəzifələrini tutub və 2016-cı ildə seçki yarışında respublikaçı Donald Trampa məğlub olub.